Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Artan avtoqəzalar, "yol terror"unun qurbanları... - VİDEO

Son günlər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də avtoqəzaların sayı durmadan artır. Nəticədə insanlar ağır bədən xəsarətlər alır, hətta həyatlarını itirirlər. Növbəti dəfə dəhşətli qəza Yevlaxda baş verdi. Mingəçevirə gələn sərnişin avtobusu Xaldan qəsəbəsi ərazisində qəzaya uğradı, hadisə nəticəsində 1 nəfər dünyasını dəyişdi, 10 nəfərdən artıq sərnişin xəsarət aldı.

Həmin gün digər bir qəza Neftçalada baş verdi. Belə ki, mikroavtobusla “KAMAZ” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər öldü, iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi.

Bəs sərnişindaşımada baş alıb gedən qəzalar hansı səbəblər üzündən baş verir? Bu cür halların qarşısını necə almalı, hansı tədbirlər görülməlidir?

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Yenicag.az-a avtoqəzaların baş vermə səbəblərindən danışıb.

Ekspert həmçinin çıxış yollarını göstərib:

“Nəqliyyat və sərnişindaşıma ilə bağlı xüsusi proqram var. Artıq o proqramın icrısına başlanmalıdır. Sürücü hazırlığı, təhlükəzliyə nəzarətlə və digər məsələlərlə bağlı o proqramda xüsusi müddəalar var. Dərhal işə başlamaq lazımdır”.

Ekspertin şərhi ilə daha geniş tanış olmaq üçün videonu təqdim edirik:

Cəvahir

www.yenicag.az

10015