Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Artan dövlət rüsumlarının MƏNFİ TƏSİRİ: "Bahalaşma böhranı dərinləşəcək"

“Dövlət rüsumlarının qaldırılması birbaşa əhalinin cibinə girməkdir”.

Bunu dövlət rüsumlarının artırılmasının əhalinin sosial vəziyyətinə mümkün təsirlərini dəyərləndirən sosial məsələlər üzrə ekspert İlqar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, sözügedən artımlar əhalinin sosial vəziyyətini ağırlaşdırmaqla yanaşı, hüquqların tapdanmasına da səbəb olur:

“Ölkədə istehlak mallarının qiyməti sürətlə artır və bu, hətta gələn il əməkhaqqlarına vəd olunan artımlarla adekvat deyil. Çünki ilin əvvəlindən başlayan kommunal və dövlət xidmətlərindəki artımlar, benzinin və digər enerji daşıyıcılarının qiymət artımı bunu labüd edir. Dövlət rüsumlarının da artırılması bu zəncirin bir həlqəsi olmaqla, ölkədəki bahalaşma böhranını bir az da dərinləşdirəcək. Əgər artımlar istehsal mallarına aid edilsəydi, bunu hardasa istehsalın və sahibkarlığın stimullaşdırılması kimi başa düşmək olardı. Amma dövlət rüsumlarının qaldırılması anormaldır və birbaşa əhalinin cibinə girməkdir”.

Gülşən Şərif

www.yenicag.az

169
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100