!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan əməkhaqqı və yüksələn inflyasiya: "Sosial xərcin artması effektiv yanaşmadır"

!Reklam – Yazi

“Minimum əməkhaqqının sosial ödənişlərə təsiri ilə bağlı bağlantı aradan qaldırılmalıdır”.

Əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər gələn il 20-40% artırılacaq. Ölkədə 800 minə yaxın aktiv DSMF ödəyicisinin olduğunu nəzərə alsaq, minimum əmək haqqının 30% artımı avtomatik olaraq DSMF-yə ödənişləri də artacaq. Bu artımın fərdi sahibkarların fəaliyyətinə mümkün təsirləri ilə bağlı İqtisad Universitetinin professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlərin məbləği inflyasiyadan yüksək olmalıdır:

“Əməkhaqqının inflyasiyaya nisbətən daha çox artması qabaqlayıcı formatda tələb olunur. Reallığa əsasən, son aylar ölkədə inflyasiya sürətlə artmaqdadır. Buna görə də qeyd olunan artımlar böyük rəqəmlərlə ifadə olunmalı və inflyasiyadan yüksək olmalıdır. Artım fonunda DSMF-yə ödənişlərin artmasının müəyyən qədər biznes qurumlarına, sahibkarlara və ölkə əhalisinin xərclərinin çoxalmasına təsirlərinə gəlincə, bununla bağlı müvafiq dəyişikliklər edilməlidir. Minimum əməkhaqqının sosial ödənişlərə təsiri ilə bağlı bağlantı aradan qaldırılmalıdır. Çünki məqsəd alıcılıq qabiliyyətinin yüksəldilməsi və eyni zamanda biznesdə investisiyalar üçün vəsaitin saxlanmasından ibarət olmalıdır. Əgər artım hansısa formada iqtisadiyyatdan dövlətə və əksi olaraq geri qayıdacaqsa, effektiv yanaşma kimi qəbul edilə bilməz”.

Gülşən Şərif

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv