Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Artan rüsumların yaradacağı FƏSADLAR: "Bu, insanları üsyana qaldırmaqdır"

Reklam: High Technic

“Hakimiyyət daxilində kimlərsə milyonlarla insanın narazı qalması üçün çalışır. Sanki istəyirlər ki, insanlar ayağa qalxsın”.

Bunu qaz və işığın qiymətindəki artımdan sonra mobil telefonlar və avtomobillərin qeydiyyat rüsumunda artıma münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Tural Abbaslının sözlərinə görə, bəzi qüvvələr ölkədə xalqı ayağa qaldırmaq istəyir:

“Müxtəlif sahələr üzrə qiymət artımı artan xətt üzrə gedir. Elə bir təəssürat yaranır ki, kimlərsə hakimiyyətdə oturub “daha hansı sahələrdə qiymətləri qaldıra bilər və vətəndaşların əlində və cibindəki pulu necə ala bilərik?” fikrinin həlli üzərində işləyirlər. İşığın, qazın qiymətinin qaldırılması hər kəsə təsir etdi. İndi də avtomobillərin və telefonların qeydiyyat rüsumu artırılır. Telefon işlətməyən kimsə var? Onsuzda telefonun qeydiyyat rüsumu kifayət qədər yüksək idi. Eynilə də avtomobillərin qeydiyyat rüsumu, gömrük rüsumu baha idi. Bunların qiymətlərinin qalxması hər kəsə təsir edəcək. Bu artımlar tələbəsindən təqaüdçüsünə qədər hər kəsin büdcəsinə təsir edəcək. Kimlərsə milyonlarla insanın narazı qalması üçün çalışır. Sanki istəyirlər ki, insanlar ayağa qalxsın. Həqiqətən də vəziyyət ağırdırsa, Qarabağın bərpası üçün pul çatışmırsa, o zaman dövlətin ehtiyat fondu var. Ehtiyat fondunda 50 milyarddan çox vəsait var. Ondan istifadə etmək zamanıdır. Dövlətin yükü altına vətəndaşların ac, zəif çiynini qoymaq düzgün deyil. Hakimiyyətdə belə bir düşüncə var ki, 3-5 gün danışıb, etiraz edəndən sonra unudulacaq. Ancaq unudurlar ki, insanlarda qəzəb yığılması var. Bir gün bu qəzəb toplanması püskürəndə təhlükəli nüanslar baş verə bilər.

Yaxın 1-2 il ərzində heç bir qiymət artımının tərəfdarı deyiləm. O vaxta qədər ki, maaşlar, pensiyalar, minimum əməkhaqqı qaldırılsın. Hansı ki son illər ərzində insanlarımızın yaşayışını yaxşılaşdırma uğrunda mübarizə getmir. İnsanlar yaşayışlarının əvvəlki səviyyədə qalması, geriyə getməməsi üçün mübarizə aparırlar”.

Partiya sədri bildirib ki, dövlət vətəndaşın çiyninə bu qədər yük yükləməməlidir:

“İqtidar unutmasın ki, xalq əvvəlki xalq deyil. Azərbaycan xalqı qalib xalqdır. Qələbənin gətirdiyi psixoloji məqamlar var. Bu xalqın minlərlə qazizi, şəhidi var. Qalstuklu nazirlər bahalı kreslolarında oturub rəqəmləri artıraraq insanların həyatları ilə oynamasınlar. O rəqəmlər kağızdakı kimi insan həyatına təsir etmir. Qiymətlərin artımı, sıfırların artımı, məmurların qazanclarının artımı heç də əhali üzərində sıfırların artması kimi əks olunmur. Bunun ağır nəticələri ola bilər. Büdcə kəsirlərinin insanların çiyninin üzərinə yüklənməsinin əleyhinəyəm. Dövlət məsuliyyəti öz üzərinə götürməlidir. Neftin qiyməti kifayət qədər bahadır, qazın qiyməti iki dəfə qalxıb. Belə olan halda qiymət artımına getmək məntiqsizlikdir, insanları üsyana qaldırmaqdır”.

Səxavət Məmməd

www.yenicag.az

425
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100