Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirildi – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərdə artilleriya bölmələri marş icra edib, cəmləşmə rayonlarına çıxıb və atəş mövqelərini tutaraq döyüş atışlarını yerinə yetiriblər.