FİFA Dünya çempionatının kuboku Bakıdadır.
Yenicag.az xəbər verir ki, kubok bu gün səhər saatlarında Bakıya xüsusi təyyarə ilə gətirilib.
Ali mükafatı 1998-ci il dünya çempionatında Fransa yığmasının heyətində qızıl medal qazanmış Kristian Karambö müşayiət edib.
Onu AFFA-nın baş katibi Elxan Məmmədov qarşılayıb.
Qeyd edək ki, kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya kubokunu yaxından görə biləcəklər.