Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Artıq bu cərimələr kameralara yazılacaq" - Ərşad Hüseynovdan 50 manat XƏBƏRDARLIĞI

“Bu ildən texniki baxışdan keçməyən avtomobillərə tətbiq edilən cərimə kameralarla yazılır”.

Yenicag.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. O bildirib ki, son günlər texniki baxışa görə cərimə edilən sürücülərin sayı çox artıb.

“Bu aralar sürücülər avtomobillərinin texniki baxış vaxtını yoxlamağa daha diqqətli olsun. Cərimə olunanların sayı həddən artıq çoxdur”.

“Əvvəlki illərin təcrübəsi göstərir ki, əksər sürücülər öz avtomobillərini iyulda və avqustun əvvəllərində baxışdan keçiriblər. Bu ildən tətbiq edilən dəyişiklik texniki baxış vaxtını əvvəlki ildə keçmə günündən 20 gün gec olmamaqla müəyyən edir. Məsələn, əvvəlki il 5 iyulda baxışdan keçirilən avtomobil bu il 25 iyuldan gec olmayaraq baxışdan keçirilməlidir.

Texniki baxış vaxtını “Asanpay.az”da elektron kabinetinizdə yoxlaya bilərsiniz, kabinet yoxunuzdursa, SMS Radar xidmətinə qoşulub oradan öyrənin, yaxud yolda xidmət edən DYP əməkdaşlarından və ya DYP şöbələrindən soruşun.

Sürüclər bir qədər diqqətli olsalar cərimə olunmazlar. Bu ildən cərimə kameralarla yazılır, son müddətin bitdiyi günün sabahı kamera altından keçəndə sürücüyə 50 manat cərimə yazılacaq”, – Ərşad Hüseynov qeyd edib.

www.yenicag.az

1672