Artıq çəkilərdən xilas olmağın ən asan yolu

Bir çox insanlar artıq çəkidən əziyyət çəkir. Tərəzi üstünə çıxdıqda kabusa çevrilən bu kilolar xarici görünüşə mənfi təsir etməklə yanaşı, sağlamlığa da ziyan vurur. Odur ki, çox sayda insan arzulanan çəkiyə düşmək üçün bir sıra lazımsız, ziyanlı pəhriz saxlayır.
Yenicag.az saytı sağlam həyat tərzi üçün sizə lazım olan hər şeyi bir araya toplayıb:

Bolluca su için

Gün ərzində təxminən 10 stəkan su içmək lazımdır. Bunu vərdiş halına salsanız, metobolizmi 24-30% sürətlənər. Bu isə daha çox kalori itirmənizə imkan yaradar.

Yumurta tox tutur

Səhərlər tərkibi dənli bitkilərdən olan yeməklərlə qidalanmağı və yumurta yeməyi unutmayın. Yumurta sizi tox tutmaqla yanaşı gün ərzində daha az kalori almanıza və kilo verməyinizə kömək edəcək.

Ara yeməkləri kimi biskvit və şokoladdan uzaq durun

Aclıq hissinizi yatırtmaq üçün biskvit, şokolad və digər paketlənmiş məhsullardan istifadə etməyin. Bunun əvəzinə qatıq, salat, çərəz kimi sağlam qidalardan yararlanın.

Daha yavaş çeynəyin

Yeməyi nə qədər aramla çeynəsəniz, mədənizin işini bir o qədər yüngülləşdirmiş olacaqsınız. Mütəxəssislər toxluq hissinin beyinə ən azı 15-20 dəqiqədən sonra çatdığını bildirirlər. Odur ki, yeməyi tez-tez yedikdə, toxluq hiss edənə qədər daha çox qida qəbul etmiş olacaqsınız.

Nəticədə, yavaşlayan və tənbəlləşən metobolizmanız bir müddət sonra çalışmayacaq və sürətlə kökəlməyə başlayacaqsınız.

Meyvə-tərəvəzə üstünlük verin

Plovlar, yeyilən ətli yeməklər mədədə sadəcə 10-15% yer tutur. Meyvə və tərəvəzlər isə mədəni 100 faizlik doldurur. Toxluq hissi verən bu qidaları daha sıx istifadə etməklə, sağlam şəkildə kalori itirmək mümkündür.

İdman edin

İdman su içmək və qidalanmaq kimi gündəlik ehtiyaclar arasına daxil edilməlidir. Bunun sayəsində pəhrizinizin nəticəsini daha tez görmüş olacaqsınız.

Qida rasionunuzdan acı bibəri əskik etməyin

Əgər sağlamlığınızla bağlı önəmli bir probleminiz yoxdursa, acı bibəri rasionunuzdan əskik etməməlisiniz. Belə ki, metobolizmi sürətləndirən acı bibər çəki itirməkdə sizə faydalı olacaq.

Tərkibində protein olan qidalar qəbul edin

Toyuğun döş əti, paxla, çərəz, brokkoli, banan və yağlı süd bu qidalardan sadəcə bir neçəsidir. Ara yemək kimi də istifadə edəcəyiniz bu məhsullar toxluq hissi yaratmaqla çəki atmağınıza kömək edəcək.

Yaşıl çay və qəhvə için

Yaşıl çay kofeinlə birlikdə yağları əritmək və maddələr müdabiləsini sürətləndirməkdə faydalıdır.

Tərkibində şəkər olan içkilərdən uzaq durun

Şəkər kilo almağa səbəb olmaqla yanaşı, sağlamlığa da ziyan vurur. Odur ki, tərkibində şəkər olan içkiləri də qida rasionunuzdan çıxarın.

COP29