Artıq çəkinin şüuraltı SƏBƏBLƏRİ

Artıq çəki, adətən, psixoloji problemlərlə də bağlı olur.

Yenicag.az xəbər verir ki, türkiyəli psixoloq Fahriye Önder sosial şəbəkə hesabında bədənin müxtəlif nahiyyələrindəki piylənmənin psixoloji səbəblərini belə izah edib:

*Qarının yuxarı hissəsində yığılan piy; ataya, həyat yoldaşına qəzəblənmək və gələcək planının olmaması ilə əlaqədardır.

*Qarının aşağı hissəsində yığılan piylər; anaya, həyata və bədənə qarşı qəzəblə əlaqədardır.

*Qarın şişməsi; üzə çıxarılmayan emosiyaların və həyata keçə bilməyən məlumatların əlamətidir.

*Kürəkdə yağ; keçmişdə yaşanan müxtəlif çətinliklərin təkrarlanacağı qorxusu ilə əlaqədardır.

*Yançaqlardakı piy; ata ilə bağlılıq səbəbiylə güvən problemi yaşamaq deməkdir. İnam hissinin tam gerçəkləşməməsi deməkdir.

*Ayaq altında; həyata inamsızlıqdan, zalım və ya həddindən artıq prinsipial ana ilə bağlılıq səbəbindən müdafiəsiz olmaq hissindən qaynaqlanır.

*Qol üstü; sevildiyini hiss edə bilməmək və buna görə də özünü müdafiəsiz hiss etməkdəqn qaynaqlanır.