“Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar prosesinin dalana dirəndiyini hesab etmirəm”.
Yenicag.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Onun sözlərinə görə, bu prosesin dalana dirənməsinə imkan vermək olmaz: “Və Ermənistana, bəlkə də Azərbaycana düşmən münasibət bəsləyən o adamlar, dövlətlər bunu istəyir. Hansısa güzəştlərə gəlincə, Ermənistan beynəlxalq hüququn, öz suverenliyinin sərhədinə çataraq dayanıb və artıq güzəştə yer qalmayıb”. /unikal