!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Artıq Suriyadakı proseslərə Bəşər Əsəd rəhbərlik edəcək” – Politoloq

!Reklam – Yazi

“Görüşdə verilən bəyanatlara əsasən iddia edilir ki, artıq Suriyada sabitliyə, stabillik dövrünə qədəm qoyuldu”

Bunu Yenicag.Az-a Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin Moskva görüşünün nəticələrini şərh edərkən politloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, keçirilən mətbuat konfransında bəyan edilib ki, Rusiya bundan sonra Suriyada sovet dövrünün keçid hökumətini formalaşdırmağa başlayacaq:

“Proseslərə isə Bəşər Əsəd rəhbərlik edəcək. İnanmıram ki, onların mətbuat konfransında verdikləri bəyanatlar və dedikləri sözlər həyata keçirilsin. Çünki proseslər müxalifətin, Suriya azadlıq ordusunun və digər qüvvələrin iştirakından kənar keçirilib. Bu isə yəqin ki, öz əksini göstərməmiş olmayacaq. Üstəlik, ərəb ölkələri, Qərb ölkələri də bu prosesdə iştirak etmir. Demək, Suriya ilə bağlı verilən qərarlar yarımçıq və birtərəfli olacaq”.

Qeyd edək ki, Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri dekabrın 20-də Moskvada Suriya məsələsini müzakirə ediblər. Görüşün yekunu olaraq Suriyadakı böhranın həll edilməsi üçün siyasi proseslərin sürətləndirilməsi ilə bağlı ortaq bəyannamə qəbul edilib. Tərəflər Suriya hökuməti ilə müxaliflər arasında bir razılıq əldə edilməsi üçün fəaliyyətə başlamağa hazır olduqlarını bildiriblər.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv