Arvad evi tərk etdi, ər intihara əl atdı – Azərbaycanda
Mingəçevirdə 30 yaşlı kişi ihtihara cəhd edib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında, şəhərin Günəşli küçəsi, 59 ünvanında baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Əfqan Araz oğlu Bayramov sirkə turşusu içərək intihara cəhd edib. Ə.Bayramov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Ə.Bayramovun bu addımı atmasına səbəb həyat yoldaşının onunla mübahisə etdikdən sonra uşağı ilə birlikdə evi tərk etməsi olub.
Faktla bağlı araşdırma aparılır.