Cəmi 4 aydır polis kimi çalışan 24 yaşlı kişini həyat yoldaşı öldürüb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərində polis məmuru olaraq çalışan Alpay Doğan arvadının zarafatına qurban gedib. Belə ki, evə bir qədər gec gələn Doğanla həyat yoldaşı arasında mübahisə yaranıb. Daha sonra 23 yaşlı Fatimə Doğan ərinin silahını götürərək zarafat etməyə başlayıb. Qadın silahın içində güllə olmadığını düşünərək atəş açıb və Alpay Doğanı ürəyindən vurub.
Daha sonra öz təqsirini etiraf edən qadına “qəsdən adam öldürmə” iddiası ilə cinayət işi açılıb.
Qeyd edək ki, polisin ailəsi hadisənin ehtiyatsızlıqdan olduğunu, gəlinləri ilə oğulları arasında problem olmadığını bildirib.