Arvadı məşhur aktyorun 18+ fotolarını yayıb – VİDEO

Türkiyənin məşhur aktyoru Berk Oktayın çılpaq fotolarını qayınanası və boşanmaq üzrə olduğu həyat yoldaşı Merve Şarapoğlu yayıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, aktyor 18+ fotolarının yayılmasına görə İstanbul Respublika Baş Prokurorluğuna şikayət edib.

Araşdırma nəticəsində fotoların paylaşıldığı kompüterin həyat yoldaşına aid olduğu məlum olub.

Berk Oktayın vəkili Serdar Öktəm vəziyyət ilə bağlı açıqlama verərək bildirib:

“Nəticənin belə olacağını gözləmirdik. Fotoların yayımlandığı kompüterlərin İP nömrələri Merve Şarapoğluna, Mervenin anasına və iş yerində istifadə etdiyi kompüterlərə məxsusdur”.

Qeyd edək ki, “Savaşçı” serialının ulduzu Berk Oktayın və həyat yoldaşının “Instagram” hesabında 18+ fotoları yayılmış və hakerlərin hücumuna məruz qaldığı bildirilmişdi.