!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Arvadından azərbaycanlı futbolçuya ŞOK İTTİHAM

!Reklam – Yazi

Kiyev “Dinamo”sunun Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Əliyevin arvadı Tatyana bir müddət əvvəl keçmiş əri tərəfindən möhkəm döyülüb.

Yeniçağ.az Virtualorg.az-a istinadən xəbər verir ki, Tatyana buna sübut olaraq məşhur televiziya verlişlərinin birində döyülmə zamanı aldığı xəsarətləri göstərib. Qadın keçmiş həyat yoldaşının hadisə zamanı sərxoş olduğunu deyib.

A.Əliyev bundan öncə də Tatyanaya əl qaldırıb. Hətta ötən ilin fevral və aprel aylarında döyülmə faktı ilə bağlı cinayət işi qaldırılıb. Məsələ bundadı ki, A.Əliyev ötən il baş verənləri inkar etməyib. Amma hazırkı ittihamlarla razılaşmır.

“Biz ər-arvad olan vaxtlarda ona əl qaldırmışam, çünki hər gün içirdi. Hazırda onda bu xəsarətlərin haradan yarandığını bilmirəm. Çünki rəsmi qaydada boşandıqdan sonra Tatyana mənim üçün maraqlı deyildi”, – deyə idmançı bildirib.

Boşanmış cütlüklər eyni evdə yaşayırlar. Belə ki, Tatyananın şəxsi evi olmadığından, qadın hələ də A.Əliyevə məxsus mənzildə yaşayır. Birgə nikahdan olnların iki övladı var. Həmçinin qadının birinci nikahdan olan oğlu da onlarla bir yerdə yaşayır.

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv