Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Arvadını boşayanda onu evimə çağırıb..." - Elarizlə Samir arasında qalmaqal

Müğənni Samir Piriyevlə Elariz Məmmədoğlu arasında qalmaqal yaşanıb.

Buna səbəb Samirin Elarizin ünvanına səsləndirdiyi ittihamlardır.

Yenicag.az-a açıqlama verən E. Məmmədoğlu qarşı tərəfi yalan danışmaqda günahlandırıb:

“Samir Piriyev yalan danışır. Mən onu evimə dəvət edib, Kamranla şərik olduğu biznes barədə söhbət etməmişəm. Samirin yadındadırsa, həmin ərəfədə birinci həyat yoldaşından boşanmışdı, depressiya yaşayırdı. Mən onunla görüşdüm, evimə dəvət etdim ki, təsəlli verim, mənəvi köməklik göstərim. Qaldı ki, Kamran Həsənlini müdafiə etməyimə, Kamran heç kimi məcbur etməyib ki, onun biznesinə şərik olsun. Onun bu işdə günahı yoxdur. Həmin vaxt biznes iflasa uğradı, elə özü də ziyana düşdü. O ərəfədə Kamran mənə də biznesinə şərik olmağı təklif etmişdi. Hətta buna görə evimi də satlığa qoymuşdum, müştəri də çıxmışdı. Onda Kamrana dedim ki, evimi satıram, o, mənə qəti etiraz etdi. Dedi ki, biznes iflasa uğrayıb, nəbadə evini satasan. Pis insan olsaydı, elə mənə də pislik edib, evimi satdırardı”.

Qeyd edək ki, “APA TV”-nin “Show time” verilişində Samir Piriyevin qarşı tərəfin ünvanına bu sözləri deyib:

“Elariz Məmmədoğlu K. Həsənlinin şahidlərindən biri kimi polisə ifadə verib. Elarizin yadından çıxıb ki, məni evinə dəvət eləmişdi. O vaxt mənə deyirdi ki, sən nahaq yerə bu işə razı olmusan. Səni aldadacaq. Amma indi Kamrana tərəf danışır. Burdan sizin vasitənizlə demək istəyirəm ki, Elariz, sənə heç bir pisliyim dəyməyib. Çünki həmkarımsan. Ən azından bitərəf olmalı idin. Mən başa düşürəm ki, Kamran Həsənli 1-2 restoranlarda təşkilat işlərinə baxır. Elarizi də o toylara, proqramlara dəvət eləyir. Amma bunu mən Elarizə yaraşdırmadım. Ən azından bir neçə gün öncə Elarizə zəng vurdum, dedi ki, mənə zəng vurublar, heç yerə getməmişəm. İnanıram ki, bu məsələ hüquq müstəvisində həll olunacaq. Sadəcə, bu insanlar özlərinə havadar axtarırlar. Elariz mənə telefonda dedi ki, Samir, Kamrandır da boğulan insan saman çöpündən də yapışır. Bir sözlə, Elarizə də haqqımı halal eləmirəm. Çünki mənim ona pisliyim dəyməmişdi”.

Cəvahir

www.yenicag.az

8162
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM