!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arvadını çəkiclə öldürüb, intihar etdi - Azərbaycanda

!Reklam – Yazi

Bərdədə dəhşətli qətl hadisəsi törədilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hacallı kəndində baş verib.

Kənd sakini Saday Əliyev həyat yoldaşı Gülbəniz Mehdiyevanın başından çəkiclə vuraraq öldürüb.

Bundan sonra övladlarına hücum edən S. Əliyev qızı Məleykə Əliyeva və oğlu Murad Əliyevə ağır xəsarətlər yetirib.

Daha sonra o, həyətlərindəki ağacdan özünü asıb.

S. Əliyevin övladları qonşuların köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-nın Qarabağ müxbirinə verilən məlumata görə, vəziyyətləri ağırdır.

Hadisənin səbəbləri araşdırılır.

Yenicag.az

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv