Salyanda baş verən və bütün Azərbaycanı dəhşətə gətirən cinayətlə bağlı daha bir şok təfərrüat üzə çıxıb.
Yenicag.az xəbər verir ki, oğlu Fəqan Əliyevlə birlikdə arvadı və 4 qızını öldürən Fərhad Əliyev daha bir iyrənc əmələ əl atıb.
Belə ki, o, arvadı Mehparəni öldürdükdən sonra onun ağzındakı qızıl dişləri çıxardıb. Bundan başqa qızlarından birinin qızıl boyunbağısını götürərək satıb. Bu əməldə oğlu Fəqan da atasına kömək edib.
Bildirilir ki, qızı boyunbağını mağazada satıcı işləyərkən alıb.
Qeyd edək ki, dekabrın 6-da Salyanda üç il səkkiz ay əvvəl baş vermiş cinayətin üstü açılıb. Belə ki, 2014-cü ilin martında 1961-ci il təvəllüdlü Mehparə Əliyeva və onun dörd qızı — İradə (1985), Sevda (1987), Ümidə (1991) və Rəqibə (1998) Əliyevalar itkin düşüb.
Bu ilin dekabrın 6-da isə məlum olub ki, onları ailə başçısı və ailənin oğlu xüsusi amansızlıqla qətlə yetirib, onları yaşadıqları evdə basdırıb. Faktla bağlı saxlanılmış 1954-cü il təvəllüdlü Fərhad Əliyevə əməliyyat-istintaq qrupunun üzvləri sual veriblər: “Siz niyə onları öldürmüsünüz?”
Kişinin cavabı hamını şoka salıb. O bəyan edib ki, xanımların ona münasibətindən razı qalmayıb: “Onlar mənə ailə başçısı kimi hörmət eləmirdilər və məni görməyə gəlmirdilər, ona görə də onları öldürdüm”.