!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arvadını öldürən hakimin VERDİYİ HÖKMLƏR: "O işlərə yenidən baxılması..." - TANINMIŞ VƏKİL

!Reklam – Yazi

“Əgər o, fəaliyyət qabiliyyətsiz olsaydı, bəli, o zaman onun hadisəyə qədərki baxdığı işlər sual doğura bilərdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədovun icra etdiyi işlərə yenidən baxılması müzakirələrinə münasibət bildirən tanınmış hüquqşünas İradə Cavadova səsləndirib.

İradə Cavadova Fəqan Əhmədovun baxdığı işlərin sual altında olmasını əsassız hesab etdiyini deyib:

“Hakim də canlı insandır və burada insan faktorundan söhbət gedir. Əgər o, fəaliyyət qabiliyyətsiz olsaydı, bəli, o zaman onun hadisəyə qədərki baxdığı işlər sual doğura bilərdi. Amma o, fəaliyyət qabiliyyətli olub, normal məhkəmə işləri aparıb. Nə dərəcədə ədalətli və ya ədalətsiz olmasını deyə bilmərəm, onun apardığı işlərlə tanış deyiləm. Biz hələ bilmirik, bu, məişət zəminində, yoxsa ehtiyatsızlıqdan olan cinayətdir. Düşünmürəm ki, cinayət törətməkdə şübhəli bilinən hakimin apardığı işlər sual altında olsun. Söz-söhbət gəzə bilər, amma o işlərə yenidən baxılmasının əsası yoxdur”.

Aqil Bəkir

www.yenicag.az

974
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv