Arvadını öldürməkdə şübhəli bilinən 70 yaşlı kişi həbs edildi

Ağcabədidə arvadını öldürməkdə şübhəli bilinən 70 yaşlı kişi həbs edilib.

Bu barədə Yenicag.az-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ağcabədi rayonu ərazisində 1955-ci il təvəllüdlü Dəstəgül Mehtiyevanın qəsdən öldürülməsi faktına görə zərərçəkmişin əri 1953-cü il təvəllüdlü Əliyar Mehdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə Ağcabədi Rayon Prokurorluğunda ibtidai istintaq davam etdirilir.