Arvadını safaridə güllələdi, sığortadan milyonlar aldı – İllər sonra aydınlanan cinayət

Amerikalı həkimin həyat sığortası olan həyat yoldaşını öldürdüyü 6 il sonra üzə çıxıb.

Yenicag.az CNN-ə istinadən xəbər verir ki, 2016-cı ildə ovçuluqla məşğul olan diş həkimi Laurens Rudolf Zambiya safarisində həyat yoldaşı Bians Rudolfu öldürərək sığortadan 4,8 milyon dollar pul alıb.

Araşdırmalar nəticəsində həkimin həyat yoldaşını öldürməsi 6 il sonra üzə çıxıb.