Arvadını şöbədə öldürən keçmiş polisə verilən cəza bəlli oldu

Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Yenicag.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, zərərçəmişin hüquqi varisinin qaldırdığı 205 min manatlıq mülki iddiadan yalnız 8 min manatı təmin olunub.