Arvadını və qızını öldürüb intihar etdi

images1475750833Taqanroqda yerli sakin keçmiş arvadı və 4 yaşlı qızını öldürüb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, bundan sonra qaraja gedən kişi özünü orada asıb.

Məlumata görə, ərlə-arvad çoxdan bir yerdə yaşamırdılar, ancaq vaxtaşır görüşürdülər.
Keçmiş ər münasibətlərin normallaşmasına cəhd edib. Növbəti dəfə keçmiş arvadının evinə gələn kişi onunla bərk mübahizə edib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının versiyasına görə, kişi bıçaq götürərək qadına və azyaşlı qızına bir neçə zərbə vurub.