!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Arvadının babasının 6 milyonu sənin kabinetində nə gəzirdi?” – REAKSİYA

!Reklam – Yazi

“Acınacaqlı haldır ki, belə adamlar vəzifədə olarkən də dövlət əxlaqını mənimsəyə bilməyiblər”.

Bu fikirləri İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin 6 milyon manat vəsaitin ona xanımının babasından qaldığına dair iddiasına münasibət bildirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə adamlar ədalət mühakiməsi ilə üzbəüz qalanda yenə də dövləti aşağılayan hərəkətlərə yol verirlər:

“Bu adam vəzifədə olanda dövləti və xalqı necə ələ salırdısa, indi də məhkəmə qarşısında eyni tərzdə o davranışını davam etdirir. Məhkəmədə ona ciddi sual verilir ki, səndə bu pullar haradandır, o isə, “arvadımın babasından qalıb”, – deyə cavab verir. Arvadının babasının 6 milyonu sənin kabinetində nə gəzirdi? Hətta o pullar, doğrudan da, ondan miras qalıbsa belə…

Çox təəssüf ki, belə qeyri-ciddi, dövlət əxlaqından uzaq adamlar vəzifəyə gətirilir, onlar da səlahiyyət əldə edən kimi çapıb-talamaqla məşğul olurlar. Günün birində də ədalət mühakiməsi ilə üzbəüz qalanda yenə də dövləti aşağılayan hərəkətlərə yol verirlər.

Acınacaqlı haldır ki, belə adamlar vəzifədə olarkən də dövlət əxlaqını mənimsəyə bilməyiblər. Əslində, mənimsəmələri mümkün də deyildi. Çünki, ümumiyyətlə, əxlaq gendən gələn bir şeydir. Yenə də, təəssüf ki, genində dövlət əxlaqı olmayanlar indinin özündə də vəzifələrə irəli çəkilirlər, bundan isə dövlət də, xalq da zərər çəkir.

Vilyam Hacıyevin məhkəmədə bu məsələni lağlağıya çevirməsi də bunun bir göstəricisidir. Gördüyünüz kimi, adam dövlətlə, onun ali mühakiməsi ilə məzələnir, bu davranışı ilə demək istəyir ki, dövləti və məhkəməni saymıram. Ona görə də bu cür qeyri-ciddi cavab verir. Nə deyəsən, o adamların əxlaqı budur”.

A.Zeynalov

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv