Arvadının başını kəsib, polis bölməsinə apardı – FOTO

Hindistanda dəhşətli cinayət hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Ajjampura şəhərində arvadının xəyanətindən şübhələnən ər onun başını kəsib.

Cinayət əməlini törədən şəxs arvadının kəsilmiş başını torbaya qoyaraq polis idarəsinə yollanıb.

O, qadının kəsilmiş başını torbadan çıxardaraq polislərə “bu, mənim arvadımdır” deyib.

Adı Roopa olan kişinin əməli qarşısında polis əməkdaşları şoka düşüblər.