“Arxalı köpək qurd basar” – Brilliantdan SƏRT İSMARIŞ

“O vaxtdan həyatın qanununu öyrənmişəm. “Arxalı köpək qurd basar” – əzbərləmişəm bu qanunu. Amma geci-tezi var”.

Yenicag.az xəbər verir ki, Xalq artisti Brilliant “Instagram” hesabında paylaşımında belə yazıb.

Haqsızlıqlarla üzləşdiyini dilə gətirən sənətçi giley-güzarını belə ifadə edib:

“Mən uşaq olanda qonşudakı bir qızın gözəl anası var idi. Qızının etdiyi pislikləri anası ört-basdır edirdi. Etdiyi yaramazlıq da mənim üstümə qalırdı. Mən hər zaman müqəssir çıxırdım, o isə tərtəmiz olurdu. Çox da gizli qalmayıb, yalanlar üzə çıxıb.

Kiməsə quyu qazanlar heç vaxt xeyir tapmayıb. Ola bilər müvəqqəti tapıb. Hər şey yerində olur. Sən yazdığını yaz, bax gör Allah nə yazır. Aldığım bu dərslərin xeyri də az olmadı. Güvəndim, tək özümə. Qartal uçar göylərdə, səmada. Arxası bərk olsa da, o da təkdir. Köpək yenə köpəkdir. Bu həyat məktəbinin bir də yararı oldu. Köpəklərdən qorunmaq qəlbin qərarı oldu. Elə o vaxtdan sevdim canavar qüdrətini, qürurlu duruşunu, dürüst əzəmətini”.

Nehru

COP29