!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Arxamca düşdülər..." - Nicat Rəşad Dağlı ilə davasından danışdı

!Reklam – Yazi

Masallının Boradigah kəndində keçirilən toy mərasimində meyxanaçılar arasında dava düşüb.

Kənd sakini Hacı Etibarın oğlu Turalın toyuna gələn Rəşad Dağlı və Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar. Nəticədə, toy yarımçıq dayandırılıb.

Yenicag.az-a açıqlama verən Nicat Məna məsələyə belə aydınlıq gətirib:

“Toyda dostum Rəşad Dağlı qafiyə açmışdı. Bu məqamda Masallıdan olan gənc həmkarlarımız növbə gözləmədən meyxana söyləyirdilər. Meyxana da belədir ki, gərək dərhal cavab verəsən, gecikdinsə maraqsız olur. O gənclər imkan vermədiyi üçün mən də Rəşad Dağlının cavabını vaxtında qaytara bilmirdim. Bu məqamda deyişməni saxlatdırdım və gənclərə dedim ki, növbəni gözləyin. Bu da Rəşadın xoşuna gəlmədi. Rəşadın tərəfdarları mikrafonla dedilər ki, guya mən onun paxıllığını çəkirəm. Bu da mənə xoş gəlmədi; əsəbiləşib onların masasına yaxınlaşdım. Bu məqamda toy adamları mənim arxamca düşdülər, elə bildilər ki, dava edəcəyik. Amma dava olmadı. Mən onlara dedim ki, niyə paxıllıq edirəm? Elə olsaydı Aydın Xırdalanlıya, Namiq Qaraçuxurluya paxıllıq edərdim.

Qaldı ki, toyun yarımçıq saxlanmasına, yalandır, toy onsuz da qurtarmaq üzrəydi”.

Qeyd edək ki, xəbəri ilk olaraq, “Qafqazinfo” yayıb.

Cəvahir

www.yenicag.az

7729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv