Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Arxeoloq” İctimai Birliyi Ermənistan tərəfindən başladılmış hərbi əməliyyatlara etiraz bəyanatı yaydı

Gənc tarixçilərdən ibarət “Arxeoloq” İctimai Birliyi Ermənistan tərəfindən başladılmış hərbi əməliyyatlara etiraz bəyanatı yayıb.

Yenicag.az bəyanatı olduğu kimi təqdim edir:

“Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan hərbi birləşmələri cəbhənin bütün istiqamətlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərini, həmçinin dinc əhalinin yaşadığı məntəqələrimizi atəşə tutmağa, hücuma keçərək yeni torpaqlar ələ keçirməyə cəhd göstərmişlər. Hərbçilərimiz və mülki vətəndaşlarımız yaralanıb və şəhid olub. Biz bu gün bunun üzüntüsünü yaşamaqla bərabər, Milli Ordumuzun uğurlu əks-hücum əməliyyatlarından ruhlanırıq. Azərbaycan əsgərinin qələbə qazanaraq düşməni öz sərhədlərinə sıxışdıracağına, 30 illik torpaq niskilimizə son qoyaraq Vətənimizin bütövlüyünə qovuşduracağına əminik”.

Bəyanatda, eyni zamanda, bildirilib ki, Azərbaycan türklərinə qarşı əsrlərlə özünü göstərmiş erməni təcavüzü və vandalizmi XX əsrin sonlarına doğru daha geniş xarakter alıb, bunun nəticəsində Vətən torpaqlarımızın 20 faizi işğala məruz qalıb, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. Erməni təcavüz xislətinin XX əsrdəki təzahür formasına çevrilmiş Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərə, o cümlədən BMT-nin işğalın dayandırılmasını nəzərdə tutan qətnamələrinə məhəl qoymamışdır, dəfələrlə 1994-cü ildə əldə edilmiş atəşkəs rejimini pozmuş, sülh prosesinə maneçilik törətmiş, münaqişənin ədalətli həlli baxımdan irəli sürülmüş bütün təklif və təşəbbüslərin reallaşmasına imkan verməmişdir. Hazırda davam edən hərbi əməliyyatlar da məhz bunun nəticəsidir. 27 sentyabr hücumu təcavüzkar Ermənistanın öz ərazisini yeni torpaqlar hesabına genişləndirmək kimi avantürist mahiyyətinin növbəti göstəricisidir.

“Sıralarında tarixçiləri, ölkəmizin tarixçi-arxeoloq ictimaiyyətinin nümayəndələrindən ibarət gənc alimləri birləşdirən “Arxeoloq” İctimai Birliyi Ermənistan dövləti və hərbi rəhbərliyinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı Azərbaycandan qoparmaq cəhdlərini, onların təcavüzkar niyyətlərini, dinc əhalinin asayiş və rifah şəraitində yaşamaq hüququnu pozan vandalizm aktlarını qətiyyətlə pisləyirik.

Biz tarixçilər olaraq təcavüzkar Ermənistanın Cenevrə konvensiyasının, beynəlxalq hüququn bütün prinsip və müddəalarını kobud şəkildə pozmasını, ənənəvi təxribatçı xislətlərinə uyğun əməllərini pisləyirik. Şəhid olmuş mülki vətəndaşlarımıza və hərbçilərimizə Allahdan rəhmət diləyirik.

Qələbə bizimlədir! Xalqımızı Milli Ordumuzun əks-hücum əməliyyatları nəticəsində Vətən torpaqlarının azad edilməsi münasibətilə təbrik edirik. Hər bir azərbaycanlı kimi, cəbhədən möhtəşəm uğurlar və nəhayət tam qələbə xəbərini səbirsizliklə gözləyirik.

Şanlı tariximizin yeni fəxarət səhifələrini yazan hər bir Vətən oğlu ilə qürur duyuruq. Dövlətimizə, Ali Baş Komandanımız İlham Əliyevə sədaqətimizi bəyan edirik”, – bəyanatda deyilir.

Loading...

www.yenicag.az

368
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100