Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Arzu Əliyevanın filmi Braziliyada

2015-10-08-09-47-20arzu-eliyevaMartın 9-13-də Braziliyanın San Paolo şəhərində ölkənin mötəbər mədəniyyət ocaqlarından biri – Braziliya Bankının Mədəniyyət Mərkəzində (CCBB) Azərbaycan kino həftəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə portuqal dilinə tərcümə olunmuş sənədli və bədii filmlərin nümayişi gözlənilir.

Braziliya Bankının Mədəniyyət Mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi seçilib.

Eyni zamanda, kino həftəsi çərçivəsində “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmlər nümayiş olunacaq.

Tədbir aprelin 6-11-də paytaxt Braziliada yerləşən Braziliya Bankının Mədəniyyət Mərkəzində davam edəcək.(Azərtac)

Loading...

www.yenicag.az

344
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100