Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Arzu Oktay ATEV və AKMƏM tərəfindən təltif edildi - VİDEO

Finlandiya Qadınlar Cəmiyyətinin sədri, AAK-nın Baş Katibi Arzu Oktay Azərbaycan Türk Qadınlar Birliyi (ATQB) və Azərbaycan Türkiyə Evinin sədri (ATEV) Tənzilə Rüstəmxanlının qonağı olub.

Yenicag.az xəbər verir ki, ATEV ofisində baş tutan görüşdə Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova da iştirak edib.

Tənzilə Rüstəmxanlı Arzu Oktayın Vətən müharibəsi dönəmində Finlandiyada fasiləsiz çalışdığını, yorulmadan Azərbaycanın haqq savaşının təbliği ilə məşğul olduğunu bildirib.

AKMƏM sədri Məlahət Qurbanova da Arzu Oktayın diaspor fəaliyyətini yüksək qiymətləndirib, ona öz təşəkkürünü bildirib.

Daha sonra Arzu Oktaya ATEV və AKMƏM tərəfindən tərtib edilmiş təşəkkür plaketləri təqdim edilib.

Arzu Oktay fəaliyyətinə verilən dəyərə görə Tənzilə Rüstəmxanlı və Məlahət Qurbanovaya minnətdarlığını ifadə edib.

Sonda xatirə fotosu çəkdirilib.

www.yenicag.az

402
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100