!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Arzu YIXIB-SÜRÜDÜ: “Onun-bunun pulu ilə adam olub qabağa gedənlər...” - FOTOLAR

!Reklam – Yazi

“Avtomobilimin, villamın qiyməti bu qədərdir”, deyənlər, bədənlərinə qiymət oxuyub özlərini satanlar artıq meydan sulamırlar”.

Bunu aktrsia Arzu Abdulova sənəti olmayan, lakin hər yerdə meydan sulayan aktrisalarla bağlı danışarkən Yenicag.az-a açıqlamasında deyib.

O, həmin insanların artıq ortalıqda olmadıqlarını, meydan sulaya bilmədiklərini deyərək ünvanlarına sərt iradlar səsləndirib:

“Özünə aktrisa deyənlər, onun-bunun pulu ilə adam olub qabağa gedənlər, “mən seriala, filmə filan qiymətə çəkilirəm”, deyib qiymət oxuyanlar hanı? Ortalıqda yoxdurlar. Çünki qatarları çoxdan gedib.

Baxın efirlərə, sözün əsl mənasında istedadlar üzdədir. Söhbət aktyor və aktrsialardan gedir. “Avtomobilimin, villamın qiyməti bu qədərdir”, deyənlər, bədənlərinə qiymət oxuyub özlərini satanlar artıq meydan sulamırlar. Elə bilirdilər ki, dövran həmişə onların olacaq, həmişə at oynadacaqlar. Getdi sizin qatarınız, getdi”.

Bununla ürəyi soyumayan aktrisa müğənnilərin də bostanını daşlayıb, onlarla bağlı qalmaqallı fikirlər səsləndirib:

“Müğənnilər biabırçı haldadır. Tərbiyəsizcəsinə ora-buralarını böyüdüb, çıxırlar eifirə. Soruşanda da deyirlər, anadangəlmə öz bədənimdir, heç bir yerimdə estetik yoxdur. Səsləri də yoxdur, səhnə mədəniyyətindən isə, ümumiyyətlə, xəbərsizdirlər. Verilişlərə çıxıb ora-buraların burcutmaqla məşğuldurlar. Baxanda iyrənirəm, həm özlərindən, həm də bu sahədən”.

Cəvahir

www.yenicag.az

1108
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv