Arzudan QALMAQALLI AÇIQLAMA: “Ora-burasını açıb əxlaqsızlıq edir, sonra da…”

“Sənətdən xəbəri olmayan belə insanlar sosial şəbəkələrdə gic-gic tərbiyəsizliklər, mədəniyyətsizliklər edir, əxlaqsızcasına davranırlar”.

Bunu aktrisa Arzu Abdulova sosial şəbəkələrdə özünü aktrisa, aktyor kimi təqdim edən, lakin sənətdən xəbəri olmayan insanlarla bağlı danışarkən Yenicag.az-a açıqlamasında deyib.

A.Abdulova belə təsadüfü insanların seriallara, filmlərə ayaq açdığını da təəssüf hissi ilə bildirib. Aktrisa bu işdə, xüsusən rejissorları günahlandıraraq onlarla bağlı tənqidi fikirlər səsləndirib:

“Bu gün sosial şəbəkələrdə özünə aktyor, aktrisa deyən insanlar peyda olub. Sənətdən xəbəri olmayan belə insanlar gic-gic tərbiyəsizliklər, mədəniyyətsizliklər edir, əxlaqsızcasına davranırlar. Ən təəssüf doğuracaq hal budur ki, belələrini hamı aktrisa kimi görür. Hansı ki, bunların heç sənətə aidiyyatları belə yoxdur. İşləri-gücləri ancaq tərbiyəsizliklə, ora-burasını açıb reklam etməkdən ibarətdir. İş orasındadır ki, bu sosial şəbəkələrdə ora-burasını açıb göstərən, əxlaqsızlıq edənləri özlərinə məşğuliyyət seçən belələrini rejissorlar aktrisa olaraq seriallara dəvət edirlər. Sonra da efirlərə çıxıb bəh-bəhlə onları tərifləyir, onları nadir tapıntı kimi qələmə verirlər. Guya bunlar istedaddır, camaatın xəbəri yoxdur. Biabırçılıqdır vallah”.

Cəvahir