Arzularınızı gerçəkləşdirəcək insan – Arzu Nağıyev

İlin-günün bu vaxtında ömrü şərəflə yaşamaq, halal ömür sürmək hər adamın qismətinə düşən ömür payı olmur. Parlaq şəxsiyyət olan Arzu Nağıyev öz tale payını vicdan və ləyaqətlə yaşayan bir Vətəndaş, yüksək səviyyəli peşəkar və milli düşüncənin daşıyıcısı olan ictimai xadimdir.

Bu torpaq, bu məmləkət qarşısında bacardığı hər şeyi edib – əlində silah qanlı döyüşlərə də atılıb, cəmiyyətin fızıkı və mənəvi düşmənləri olan ən qatı cinayətkarların zərərsizləşməsində də iştirak edib, ictimai mühitin formalaşmasında da içindən gələn bir səmimiyyətlə fəallıq göstərib, öz çevık və analitik düşüncələriylə siyasi həyatın konturlarını aydın şəkildə dəyərləndirməyi də bacarıb.

Onu ölkəmizin çox yerində tanıyırlar. Uzun illər çalışdığı təhlükəsizlik orqanlarında da, hazırda məşğul olduğu media və araşdırma sahəsində də aydın mövqeyi, nüfuzu göz önündədir. Arzu Nağıyevi hamıya sevdirən onun səmimiyyəti, intriqa və hər cür əyri işlərdən uzaq durması, ən vacibi də haqqı nahaqqın ayağına verməməsidir. Etiraf edilməlidir ki, böyük görəvlərdə və ictimai fəaliyyətdə olan şəxslərin heç də hamısı bu cür yüksək keyfiyyətlərə sahiblənə bilmirlər.

Ona hər yerdə hörmət-izzət qazandıran yüksək insani məziyyətlərindən çox bəhs etmək olar. Bunu bilənlər yaxşı bilir. Nüfuzlu ekspert və analitik olaraq son illərdə tez-tez televiziya kanallarına dəvət alması, beynəlxalq miqyasda və ölkədə baş verən ən müxtəlif hadisələr barədə verdiyi elmi şərhlər, etdiyi gəyərli çıxışlar onun şöhrətini daha da artırıb. O, həm də çoxdandır ki, bədii yaradıcılıqda məşğuldur. Ciddi bədii əsərləri – şeirləri, hekayələri var. Araşdırmalar aparır. Çoxlu kitabları oşıq üzü görüb. 15 ildən artıqdır ki, Azərbayçan Yazıçılar Birliyinin üzvüdür. Bu gün Arzu Nağıyev ölkəmizin adlı-sanlı şəxsiyyətlərindən biri kimi ömrünün parlaq və yaradıcı dövrünü yaşayır.

Hazırda bizim gözəl Vətənimizin Tanrısal gözəlliyə malik bir bölgəsində yaşayan əziz insanlarımızın – Gədəbəylilər və Tovuzluların əlinə tarixi bir şans düşüb. Onlar Arzu Nağıyevi ölkənin ali qanunvericilik orqanına – Milli Məclisə seçməklə haqqa səs vermiş olacaqlar.

Fevralın 9-da ona veriləcək səslər, həm də ölkəmizin gələcəyinə qoyulan əsaslı sərmayə hesab oluna bilər.

Öz həyat yolu və gördüyü işlərlə Arzu Nağıyev Milli Məclisdə təmsil olunmaq şərəfini çoxdan haqq edib.
İnanıram, çox inanıram ki, əziz eloğlularımız – qardaşlarımız və bacılarımız seçki günü elimizin-obamızın böyük oğlu Arzu Nağıyevə səs verəcəklər.

COP29