AŞ-dan 4 Afrika ölkəsinə 138 milyon avroluq yardım

Avropa Şurası (AŞ) 4 Afrika ölkəsinə 138 milyon avro dəyərində humanitar yardım ayıracaq.

Yenicag.az xəbər verir ki, AŞ-nın rəsmi saytında humanitar yardımın Kamerun, Nigeriya, Niger və Çada şamil olunacağı bildirilib.

Sənəddə qeyd edilir ki, silahlı münaqişələr Çad gölü hövzəsi ölkələrində durumu daha acınacaqlı edib:

“Burada təxminən 3,6 milyon insana təcili ərzaq yardımı göstərilməlidir”.

COP29