“ASAN Könüllüləri” Mətbuat Şurasında oldular – FOTO

“ASAN Könüllüləri” peşəkar jurnalistlər və media nümayəndələri ilə görüşüblər.

Yenicag.az xəbər verir ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Azərbaycan Mətbuat Şurasına ekskursiya təşkil olunub. Mətbuat Şurasının icracı direktoru Əvəz Rüstəmov şuranın faəliyyəti haqda gənclərə ətraflı məlumat verib.

Ekskursiyadan sonra “Milli mətbuat və məsuliyyətli cəmiyyətin formalaşdırılmasında jurnalistikanın rolu” mövzusunda peşəkar jurnalistlər və media nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Vüqar Zifəroğlu, Azər Həsrət, Hacıbəy Heydərli, MTV Azərbaycan telekanalının redaktoru Könül Aypara gənclərə jurnalistika haqda danışıblar.

Görüşdə “ASAN Könüllüləri” Təşkilatının sədri Anar Musaev də iştirak edib.







COP29