Silahlı Qüvvələr Günü və Qurban bayramı ilə əlaqədar olaraq iyunun 26-dan 30-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.
Bu barədə Yenicag.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iyulun 1-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Xatırladaq ki, bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.