!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aşbazın əllərində bakteriya aşkar olundu – Bakıda

!Reklam – Yazi

povar_kursiAzərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri Səbail rayonu, Rəşid Behbudov küçəsində yerləşən fiziki şəxs Rəhimov Nəcməddin Sabir oğluna məxsus “Pizza Hat” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı nöqsanlar aşkar edilib. Belə ki, müəssisədə hazırlanmış “Krab” salatı yoxlanılmış mikrobioloji göstəricilərdən maya göbələklərin sayına görə normativ sənədin tələblərinə cavab vermir. Restoranın mətbəxində sanitar norma və qaydalara riayət olunması vəziyyətinin qiymətləndirilməsi məqsədilə mətbəxdə çalışan baş aşbazın əlindən yaxmalar götürülmüş, aparılmış müayinələrin nəticəsinə görə aşbazın əllərindən S.aureus bakteriyasl aşkar edilib. Həmçinin kulinariya məmulatlarının hazırlanmasında istifadə olunan xammalların uyğunluq sertifikatları və hazır məhsulların sınaqlarının aparılması barədə sınaq protokolları yoxlamaya təqdim edilməyib, müəssisədə istismar olunan 2 ədəd ölçmə vasitəsi də müqayisəli dövlət yoxlamasından keçməyib.

Qeyd olunan nöqsanlar nəticəsində müəssisədə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun və AZS 804-2015 “İctimai iaşə xidmətləri və əhaliyə realizasiya olunan kulinariya məhsulları. Ümumi texniki şərtlər” dövlət standartının tələbləri pozulub

Yoxlamanın nəticəsində normativ sənədin tələblərinə cavab verməyən “Krab” salatın hazırlanmasının və satışının qadağan edilməsi və qeyd olunan ölçmə vasitələrilə işlərin görülməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib.

www.yenicag.az

1008
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv