!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ASDP cəmi 5 namizədlə seçkiyə qoşulub

!Reklam – Yazi

Untitled-1_1375813620Yaşar Əsədov: “İlk dəfədir ki, namizəd olaraq seçkiyə qatılıram”

Tanınmış iqtisadçı, ASDP üzvü Yaşar Əsədov da bu ilki parlament seçkilərinə namizədliyini irəli sürüb.
Bunu Yenicag.az-a açıqlamasında onun özü bildirdi:

“Namizədliyimi 28 saylı Sabunçu 3-cü seçki dairəsindən irəli sürmüşəm. Artıq imza vərəqələrini alıb, imza toplamaqla məşğulam. Keçən əsrin 80-ci illərindən, əsgərlikdən gələndən 15 il ərzində bu ərazidə, Zabrat qəsəbəsində yerləşən Kirov adına zavodda işləmişəm. 2003-cü ildən də Zabratda yaşayıram. Ona görə də namizədliyimi bu dairədən vermişəm. Birinci dəfədir ki, parlament seçkilərinə namizəd olaraq qoşuluram. Ona görə prosesin necə gedəcəyi haqda öncədən nəsə deməyə ehtiyat edirəm”.
Hömsöhbətimiz bu ilki seçkilərə ASDP-dən Araz Əlizadə başda olmaqla ancaq 5 nəfərin qoşulduğunu da dedi. Namizədlərin az sayda olmasını isə partiyanın maliyyə imkanlarının olmaması ilə əlaqələndirdi: “Nə qədər də olmasa, seçki kampaniyasında müəyyən vəsait xərclənməlidir”.

ELÇİN

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv