!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ASGA-dan növbəti fərqli layihə

!Reklam – Yazi

iuiu787Bu il Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi 10 yaşını qeyd etdi. Bu illər ərzində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq onlarla layihə həyata keçirib. Həyata keçirilən layihələrin ASGA-nın fəaliyyət spesifikasına uyğunluğu xüsusi olaraq nəzarətdə saxlanılır. Bu mənada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan “Azərbaycan – 25 illik misilsiz inkişaf haqqında virtual təqdimatların təşkili www.azerbaijan25.az” layihəsi xüsusi olaraq vurğulanmalıdır.

Bu barədə saytımıza ASGA-nın sədri Səbuhi Abbasov məlumat verib. Layihəyə bugündən etibarən start verildiyini deyən S.Abbasov tək paytaxtda deyil, regionlarda da analoji təqdimatların keçiriləcəyini dedi: “Layihənin əsas məqsədi paxtaxtda ali təhsil müəssisələrində təhsil alan gənclərə Azərbaycan dövlət müstəqilliyinin tarixini aşılamaq, region gənclərini Azərbaycan dövlət müstəqilliyinin tarixi barədə məlumatlandırmaq, İKT imkanlarından istifadə edərək daha geniş auditoriyanı ölkəmizdə 25 il ərzində qazanılan uğurlar barədə məlumatverməkdən ibarətdir. Bundan başqa biz nümayəndəliklərimizin olduğu bir sıra xarici ölkələrdə də təqdimatların keçirilməsini nəzərdə tutmuşuq. Hesab edirəm ki, layihənin coğrafiyasının genişləndirilməsi üçün İKT imkanlarında istifadə zəruridir. Layihənin koordinatoru ASGA sədr müavini, tanınmış iqtisadi ekspert Tural Əhmədovdur. Mən ASGA üzvləri adından bizə dəstək olan Şura üzvlərinə təşəkkürmü bildirirəm. Azerbijan25.az saytı ilə bağlı işlərimiz başa çatmaq üzrədir. Bu barədə də mətbuata məlumat veriləcək”

Məlumat üçün qeyd edək ki, Şuranın dəstəyi ilə reallaşan “Azərbaycan – 25 illik misilsiz inkişaf haqqında virtual təqdimatların təşkili www.azerbaijan25.az” layihəsi çərçivəsində Bakıda, Gəncədə və Tovuzda təqdimatlar keçiriləcək

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv