!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ASGA-dan “Novruz” flaşmobu – Rusiyada

!Reklam – Yazi

asgabbb2006-cı ildən fəaliyyət göstərən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) hər il Bahar bayramını xüsusi olaraq qeyd edir.

Təşkilat ölkəmizin milli-mədəni dəyərlərinin dünyada təbliği baxımından Novruz bayramının əvəzsiz olduğunu nəzərə alaraq bu istiqamətdə bir çox layihələr reallaşdırmaqdadır. ASGA bu il də Novruz bayramı münasibəti ilə silsilə tədbirlər həyata keçirir. Təşkilatın Rusiyada, Ukraynada və Polşada fəaliyyət göstərən nümayəndəlikləri xüsusi olaraq bayram tədbirlərini reallaşdırmaqdadırlar.

Bu mənada ASGA Rusiya nümayəndəliyi Novruz bayramı münasibəti ilə tədbirlər planı hazırlayaraq reallaşdırmaqdadırlar. Bu barədə saytımıza ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili məlumat verib. Onun sözlərinə görə bayram münasibəti ilə xeyriyyə aksiyalarının, şənliklərin keçirilməsi və müxtəlif videomüraciətlərin hazırlanması nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, mart ayının 27-də ASGA Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı fondu birlikdə yekun bayram tədbirini qeyd edəcəkdir. Tədbirdə Rusiyada yaşayan azərbaycanlıların böyük bir qismi, eyni zamanda, Rusiya ictimaiyyətinin nüfuzlu simalarının iştirakı gözlənilir.

ASGA Rusiya nümayəndəliyi məşhurların videomüraciətini fləşmob formatında təqdim edir:

www.yenicag.az

904
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv