ASGA ilk dəfə səs verənləri maarifləndirdi – KÜRDƏMİRDƏ+FOTOLAR

kuuuuuuAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası Kürdəmirdə “Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ və Election.az saytının təqdimatını keçirdi.

Bugün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi KürdəmirdəAzərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasınınmaliyyə dəstəyi ilə həyata keçirdiyi “Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ (Election.az) layihəsi çərçivəsində tədbir və Election.az saytının təqdimatını keçirib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, QHT və media təmsilçiləri və ilk dəfə səs verən gənclər iştirak ediblər. Tədbirdən öncə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi istiqamətindəki xidmətlərinə görə ASGA tərəfindən Fəxri Diplomla təltif edilib.

Tədbiri giriş sözü ilə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli açaraq gənclərin maarifləndirilməsi istiqamətində virtual imkanların düzgün müəyyənləşdirilməsinin önəmliliyindən danışdı. O, təhsil sistemində seçki ilə bağlı xüsusi maarifləndirmə proqramının salınmasının vacibliyindən danışdı: “Hesab edirəm ki, ilk dəfə səs verən gənclərin seçki maarifləndirilməsində KİV böyük rola malikdir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün kifayət qədər imkanlar yaradılıb. Bügün Azərbaycan gəncliyi bütün mümkün imkanlardan istifadə edərək Azərbaycanşünaslıın dünyada təbliğ etməlidir. Biz Kürdəmir Rayon İcra Hakimiyyəti olaraq bu istiqamətdə bir çox işlər görmüşük və görməkdəyik. Ölkəmiz azad internet ölkəsidir. Hesab edirəm bu layihənin əsas üstünlüyü ondan ibarətdir ki, ilk dəfə səs verən gənclər daha aktiv şəkildə seçki proseslərində iştirak edəcəklər”

ASGA-nın sədri Səbuhi Abbasov çıxış edərək layihə haqqında iştirakçılara məlumat verdi: “Son statistik məlumatlara görə ölkəmizdə 125 Seçki dairəsi, 5386 Seçki məntəqəsi fəaliyyət göstərir. Ümumi seçicilərin sayı 5 093 289 nəfər təşkil edir ki, bunlardanda 2 436 603 nəfəri (48.21 faizi) kişi, 2 617 852 (51,79 faiz) qadınlar təşkil edir. Yaşı 18 olan, yəni ilk dəfə seçkilərdə iştirak edənlərin sayı isə 33 746 nəfər, yaşı 19-26 olan gənclərin sayı isə 879 292 nəfər təşkil edir. Bu da öz növbəsində bu tip layihələrin reallaşmasını zəruri edir. Bugün Azərbaycan dünyada azad söz, azad internet təminatçısı və şəffaf seçkilərin keçirildiyi tolerant ölkə kimi tanınır. Bütün bu uğurlara görə təbii ki, biz ilk növbədə Ulu Öndər Heydər Əliyevə borcluyuq. Bugün bu siyasi kurs Cənab Prezident tərəfindən uğurla davam etdirilməkdədir. Bu mənada mən ASGA adından Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və dəstək olan hər kəsə təşəkkür edirəm”

Daha sonra ilk dəfə səs verən gəncləri maraqlandıran suallar ətrafında disskusiya aparıldı.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ (Election.az) layihəsi ölkənin bir çox regionlarında davam edəcəkdir.