!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ASGA Müstəqilliyimizin 25 illiyi ilə bağlı esse müsabiqəsinə yekun vurdu-Foto

!Reklam – Yazi

1476083153_tgorirkgMoskvada Azərbaycanın Dövlət Müstəqilliyimizin 25 illiyinə həsr olunan “Müasir Azərbaycanın müstəqilliyində Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda keçirilən esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Rusiyada təhsil alan tələbələr, zialılar, diaspor fəalları və rusiya ictimaiyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Slavyan Gənclər Assosiyasiyasının Rusiya Nümayəndəliyinin təşkilatçılığı, Diasporla İş Üzrə Dövlət Komitəsi, Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondunun və Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə təşkil olunan tədbirdə ilk öncə qaliblər müəyyənləşib.

Qonaqları salamlayan və müsabiqə haqqında məlumat verən ASGA Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili tədbirin əhəmiyyətindən danışdı: “Tədbirin təşkilində məqsəd Heydər Əliyev irsini və Ulu Öndərin Rusiya ilə Azərbaycan arasında olan xidmətlərini rusiyalı gənclərə və burada təhsil alan azərbaycanlılara aşılamaq və iki xalq arasındakı dostluğa öz töhfəmizi verməkdir. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası ölkəmizdə artıq 3 aydır ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan 25″ layihəsini həyata keçirir. Layihə çərçivəsində hazırlanan www.Azerbaijan25.azsaytı isə bugünkü tədbirimizin qaliblərinin təqdim etdikləri yazıları dərc edəcəkdir. Dünyanın hansı hissəsində yaşamağımızdan asılı olmayaraq hər zaman dövlətimizi, xalqımızı düşünməli və milli maraqlara adekvat tədbirlər həyata keçirməliyik”

Daha sonra Rusiya-Azərbaycan dostluq mərkəzinin rəhbəri Natalya Krasovskaya, Rusiya dövlət dumasının deputatı Rusiya Azərbaycan parlamentlər arası dostluq qrupunun rəhbəri Dimitri Savilyevin tədbirin təşkilatçılarına ünvanladığı rəsmi məktub oxunub. Onlar qonaqları salamlayaraq Ulu Öndərin Azərbaycan xalqı, Azərbaycan dövləti üçün etdiklərinin əvəzsizliklərini diqqətə çatdırıblar.

Sonra Azərbaycan mədəniyyətinin inkişafı və intibah fondunun sədri Şamil Tağıyev, Ümumrusiya Azərbaycanlıları konqresinin icraçı direktorunun müavini Rövşən Rəhimov, Müsabiqənin münsifləri Moskva Beynəlxalq Əlaqələr inistutunun müəllimi Professor Abuzər Bağırov, Azərbaycan və Rusiya yazıcılar birliyinin üzvləri Afaq Şıxlı və Maya Bədəlbəyli çıxış edərək tədbirin əhəmiyyətini və Azərbaycan və Rusiya gəncliyinin Heydər Əliyev şəxsiyyəti ilə yaxından tanış olmalarının önəmini vurğulayıblar.

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi başlanılıb. Birinci yerə Rusiyada təhsil alan, əslən Azərbaycanlı Abdullayeva Aidə qalib gəlib. Qalib ASGA tərəfindən Ailəsi ilə birlikdə Azərbaycanı səyahət etmək üçün kupon verilib .

Məlumat üçün qeyd edək ki, ASGA artıq 3 aydır ki, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan 25” layihəsini həyata keçirir.

www.yenicag.az

1109
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv