ASGA-nın sədri Ukraynanın ali medalı ilə təltif edildi

Ukraynada fəaliyyət göstərən azərbaycanlıların və digər türkdilli xalqların ictimai təşkilatlarının liderləri və vəzifəli şəxsləri, o cümlədən Azərbaycanın 2 ictimai xadimi 28 iyun Ukraynanın Konstitusiya günü münasibəti ilə, Ukrayna ərazi bütövlüyünün və milli suverenliyinin qorunmasında, Ukrayna Ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsində, Ukraynada separatizmə qarşı mübarizədə, dövlət və xalq qarşısında xidmətlərinə görə “Kraina” ÜUB tərəfindən Ümümukrayna statuslu “Ukraynanın müstəqilliyinin 25 illiyi” xüsusi medalı ilə təltif ediliblər. Mükafatçılar arasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Mübariz oğlu Abbasov Ukrayna xalqı qarşısında xidmətlərinə görə, o cümlədən Ukrayna həqiqətlərinin işıqlandırılmasında, Ukraynada yaşayan azərbaycanlıların və digər türkdilli xalqların Ukraynanın ərazi bütövlüyü və milli suverenliyi uğrunda verdiyi dəstəyə görə Ukraynanın “Kraina” ÜUB-nin Sədri O.M.Sopovun əmri ilə Ümumukrayna statuslu “Ukraynanın müstəqilliyinin 25 illiyi” medalı ilə təltif edilib.

Səbuhi Abbasov kimdir?

Səbuhi Abbasov16 noyabr1985 – ci ildəMingəçevirşəhərində anadan olmuşdur.2003 – cü ildə Mingəçevir şəhər liseyini bitirərək,Bakı Slavyan Universitetinin”Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsinin “Ukraynaşünaslıq”ixtisasına daxil olmuşdur. 2007 – ci ildəBakı Slavyan UniversitetininMagistratura şöbəsinin “Regionşünaslıq” ixtisasına daxil olmuş, 2009 – cu ildə fərqlənmə diplomu ilə bitirmişdir.

Universitet daxilində və xaricində keçirilən tədbirlərdə fəal iştirak edərək müxtəlif dərəcəli (I, II, III) diplomlarla təltif olunmuş, bakalavr pilləsində təhsil alarkən qrup rəhbəri, fakültə üzrə Tələbə Gənclər Təşkilatının (bundan sonra TGT) sədri, fakültə üzrə Tələbə Həmkarların sədri, Universitet üzrə Tələbə Gənclər Təşkilatının sədri vəzifələrini icra etmişdir. Universitetdə bir sıra konfransların, dəyirmi masaların və debatların təşkilatçısı olmuşdur.

Universitetdə təhsil alarkən ictimai əsaslarla “Tələbə dünyası” qəzetininmüxbiri, redaktoru və baş redaktoru vəzifələrini icra etmişdir.

2003-cü ilin dekabr ayından 2007-ci ilin iyul ayınadək “Elçi” qəzetində müxbir, redaktor vəzifələrində çalışmışdır.

2004-2006-cı illərdə “Yeni Azərbaycan” qəzetində müxbir vəzifəsində 0.5 ştat vahidi müxbir vəzifəsində çalışmışdır.

2007-ci ilin avqust ayından 2010-cu ilin aprel ayınadək 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən və ayda 2 dəfə dərc edilən “Gələcəyin Səsi” qəzetininbaş redaktoru vəzifəsində çalışıb.

2009-2011-ci illərdə Bakı Slavyan Universiteti Jurnalistika şöbəsinin müdirivəzifəsini icra etmişdir. Həmin illərdə həm də Bakı Slavyan Universiteti Jurnalistika kafedrasında müəllim kimi çalışmış, “Beynəlxalq münaqişələrin həllində jurnalistikanın rolu” fənnini tədris etmişdir.

2011-ci ilin fevral ayından 2013-cü ilin aprel ayınadək 2009-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən və cəmi 11 sayı işıq üzü görən “Polis dünyası” jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.

2013-cü ilin may ayından XƏBƏR1.az saytının baş redaktoru vəzifəzində çalışır. XEBER1 MMC-yə daxil olan sayt fəaliyyətini bugün də davam etdirir.

2014-cü ilin aprel ayından bu günə qədər isə 7NEWS.az saytının baş redaktoru vəzifəsində çalışır. Sayt fəaliyyətinin 2 ilinin tamamında, 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilmişdir.

2016-cı ildə isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri obyektiv, qərəzsiz ölkə və dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan və rus dillərində ShushaPost.az saytı təsis edib. Hal-hazırda da sayt öz fəaliyyətini davam etdirir.

Bundan başqa S.Abbasov mütəmadi olaraq “Yeni Azərbaycan” , “Səs”, “Olaylar”, “Kaspi”, “Xalq qəzeti”ndə müxtəlif yazılarla çıxış edir. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman NazirliyininvəAzərbaycan Respublikası Təhsil Nazirliyinin”Fəxri Məzun” diplomuna layiq görülmüşdür. Bir çox xarici ölkələrdə (Türkiyə, Almaniya, İngiltərə, Rusiya, Ukrayna, Polşa, Avstriya, Gürcüstan və s.) keçirilən Beynəlxalq konfranslarda ölkəmizi təmsil etmişdir.

Azərbaycan, türk, rus, ingilis və ukrayna dillərində danışır.

Yenicag.az

COP29