!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ASGA Rusiya nümayəndəliyinin icraçı direktoru mühüm tədbirdə iştirak edib

!Reklam – Yazi

xazarzzzAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayev Rusiya Xalqlar Assambleyası şurasının və Rusiya xalqlarının “Biz rusiyalıyıq” Gənclər Assambleyasının mərkəzi koordinasiya şurasının birgə təşkil etdiyi geniş iclasda iştirak edib.

İclas Millətlərin İşləri Üzrə Federal agentlikdə kecirilib. İclasda Rusiya prezidenti yanında Millətlər arası Federasiyasının Şura üzvləri, Rusiya Federasiyasının ictimai palatası, Rusiya dövlət və hökümət nümayəndələri, içtimai təşkilat üzvləri, Ümumrusiya Azərbaycanlıları konqresinin Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun təmsilçiləri və bir çox millətlərin diaspor nümayəndələri iştirak ediblər

Bu barədə 7News.az-a açıqlama verən ASGA Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayev bildirib ki, “Millətlər üzrə federal agentliyin” təşkil etdiyi tədbirdə bird aha əmin olduq ki, Rusiya Xalqları assambleyası və “Biz rusiyalıyıq” gənclər assambleyalası bizim guvəniləcək partnyorlarımızdır: “Biz ASGA Rusiya nümayəndəliyi olaraq Rusiyanın dövlət və QHT-ləri ilə birlikdə bir çox layihələrdə iştirak etmişik. 4 noyabr Xalqlar günü münasibəti ilə keçirilən izdihamlı yürüşdə iştirak etmişik . Ümid edirəm ki, ASGA olaraq biz birlikdə daha bir neçə layihə reallaşdıracaq, müxtəlif tədbirlər həyata keçirəcəyik. Məqsədimiz rusiyalı gənclərlə azərbayanlı gənclərin sağlam koordinasiyasını təmin etmək, qarşılıqlı əlaqələrin daha da inkişafını təmin etməkdən ibarətdir”.

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv