ASGA Tovuzda müstəqilliyimizin 25 illiyinə həsr olunmuş təqdimat keçirdi

1474722849_dsc_0160Bu gün Tovuzda Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan – 25 illik misilsiz inkişaf haqqında virtual təqdimatların təşkili” layihəsi çərçivəsində təqdimatlar keçirib. Eyni zamanda, layihə çərçivəsindəAzerbaijan25.Azsaytının təqdimatı keçirilib.

 

Tədbiri giriş sözü ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov açaraq layihə barədə ətraflı məlumat verdi. Son 25 ildə ölkəmizin dünyada layiqli yer tutmasında Ulu Öndərin xidmətlərindən danışdı: “Bugün biz qazandığımız bütün uğurlara görə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna borcluyuq. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla icrası isə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır. Biz layihə çərçivəsində son 25 ildə müxtəlif istiqamətlərdə qazanılan uğurlardan danışacağıq. Layihə həm paytaxtda, həm də müxtəlif regionlarımızda davam edəcək. Bir daha QHT-lərə dövlət dəstəyi şurasına verilən dəstəyə görə öz təşəkkürümü bildirirəm.”

 

ASGA Anlitik təhlil mərkəzinin rəhbəri Azər Verdiyev isə çıxışında Ulu Öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” şüarının bugün reallığa çevrildiyini dedi. Prezident İlham Əliyev tərəfindən aparılan sistematik siyasətin nəticəsində ölkəmizin ilbəil daha da inkişaf etdiyi dedi. A.Verdiyev həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mədəniyyətimizin qorunması, saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdən danışdı.

 

AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxxəssislər Şurasının sədri Cahid İsmayıloğlu çıxış edərək 25 illik müstəqillik dönəmində elm sahəsində həyata keçirilən islahatlardan danışdı. C.İsmayıloğlu ölkədə sağlam və intellektual gəncliyin inkişafı üçün bütün mümkün addımların atıldığını dedi. O, Azərbaycan gəncliyinin səsinin dünyanın müxtəlif ölkələrindən fəxrlə gəldiyini qeyd etdi.

 

Sonda layihə çərçivəsində gəncələrə Azerbaijan25.azsaytı təqdim olundu.