!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Asim Mollazadəyə “Təhsilin dostu” mükafatı verildi

!Reklam – Yazi

15554977_1311467462243758_1024171856_n“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası Asim Mollazadəni “Təhsilin dostu” mükafatı ilə təltif edib.

Mükafatın təqdimat mərasimində “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rəşad Bayramov qeyd edib ki, “Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində atılan hər bir addım, deyilən hər bir söz təhsilimizin inkişafına xidmət edir. Odur ki, biz təhsilimizə xidmət edən və onun dostu olan Asim Mollazadəyə təşəkkürümüzü bildiririk.”

Asim Mollazadə isə öz növbəsində deyib ki, “Azərbaycan gəncləri öz təhsilləri ilə dünyada rəqabətə davamlı, müasir vətəndaş kimi yetişməlidirlər. Azərbaycanın gələcəyi peşəkar kadrların fəaliyyətləri ilə formalaşmalıdır. Azərbaycan təhsili həm gənclərimizin, həm gələcəyi düşünən hər kəsin təşəbbüsləri ilə inkişaf edəcək. Təhsil məsuliyyətli vətəndaşın dövlətinə və vətəninə töhvələr verməsi üçün ən böyük vasitədir.”

Təqdimat mərasimində sözügedən kampaniyanı təmsil edən onlarla gənc iştirak edib. Asim Mollazadə onları maraqlandıran suallara cavab verib.

 

Yenicag.az

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv