Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarına daha iki azərbaycanlı futbol adamı təyinat alıb.
Yenicag.az xəbər verir ki, söhbət hakim-inspektor Asim Xudiyevlə AFFA rəsmisi Sərxan Hacıyevdən gedir.
Xudiyev iyulun 26-da Nikşiç şəhərində keçiriləcək Çernoqoriyanın “Sutyeska” və Ermənistanın “Alaşkert” klubları arasındakı ilk oyunda İsveçrədən olan hakimlərin işinə qiymət verəcək.
Həmin gün Saliqorsk şəhərində Belarusun “Şaxtyor” və Polşanın “Lex” klubları arasında baş tutacaq görüşün UEFA nümayəndəsi isə Sərxan Hacıyev olacaq.