Aşıq Abbas Musaxanoğlu vəfat etdi

Azərbaycanlı saz ifaçısı, aşıq Abbas Musaxanoğlu vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə aşıq Samirə Əliyeva sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, Abbas Musaxan oğlu Güləliyev 1954-cü ildə Şamaxı rayonunun Şıxzərli kəndində doğulub. Ustad sənətkar 2019-cu ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.