!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aşıq Hüseyn Saraclı anıldı

!Reklam – Yazi

13115463_1170174126346778_541439421_nBakıda Borçalı Cəmiyyəti tərəfindən Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Ustad Hüseyn Saraclının 100 illiyinə həsr olunmuş “Dədə Camal Məclisi” keçirilib. Qarabağ uğrunda şəhid olanların və ADNA terroru qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutdan sonra  Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Borçalının və bütövlükdə Türk Dünyasının iftixarı Aşıq Hüseyn Saraclı şəxsiyyəti haqda açılış nitqi söyləyərək milli dəyərlərimizin qorunması yolunda “Cəmiyyət”in daim israrlı olmasına toxunub və yubiley mərasiminə qatılanlara təşəkkürünü bildirib. O, eyni zamanda  Borçalı elinin tanınmış şairi Osman Əhmədoğlunun “Saz amanatı” kitabını da iştirakçılara təqdim edib.

Tədbirin aparıcısı Salman Murğuzlu Hüseyn Saraclının həyat və yaradıcılığı haqda məlumat verdikdən sonra mərasim iştirakçılarının çıxışları başlanıb. Yubileyə qatılan tanınmış saz söz üstaları, o cümlədən Aşıq Hüseyn Saraclının şagirdi Aşıq Murad, Aşıq Tərmeyxan Borçalı, Aşıq Cahangir Quliyev, Solmaz Kosayeva, Səadət Buta, Aşıq Əşrəf, İlham Astanbəyli, Güllü Tumarova, Aşıq Fikrət, Qəzənfər Sazbənd , Aşiq Ayişənin çıxışları alqışlarla qarşılanıb. Mərasim iştirakçıları şair Abbas Abdulla, professor Telman Əliyev, tanınmış jurnalist Qiymət Məhərrəmli, Perm şəhərindən Qorxmaz Qocayev, eləcə də Anadolu, Güney Azərbaycan , Borçalı və Axıska türklərinin təmsilçiləri Babək Muğanlı, İbrahim Bürhanov, Əmirxan Babaşov, Ayxan Xələfov, Tural Qulun da  çıxışlarını diqqətlə izləyiblər. Tədbirdə Borçalı Cəmiyyəti tərəfindən mərasimə Almaniyadan qatılan Avropa Türk Birliyinin sözçüsü Adem Karacaya də xüsusi təşəkkür plaketi təqdim olunub. Yubiley mərasimi sənətçilərin çıxışı ilə davam edib.Tədbirin sonunda söz alan Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli iştirakçılara təşəkkür edərək Türk Dünyasına və  Gürcüstana dostluq, qardaşlıq mesajlarını dilə gətirərək milli dəyərlərə sahib çıxan hər kəsi 26 iyulda Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasına keçiriləcək sayca 8-ci Elat Mədəniyyəti Gününə dəvət edib.

www.yenicag.az

843
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv