Aşıq Namiqdən SƏRT SÖZLƏR: “5 manatdan ötrü toylarda klounluq edib…” – VİDEO

“İndiki aşıqlar 5 manatdan ötrü toylarda klounluq edirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aşıq Namiq Fərhadoğlu deyib.

O, reytinq naminə qalmaqal yaradan aşıqların bu sənəti ucuzlaşdırdıqlarını deyib.

“Son vaxtlar aşıq sənətini hədsiz dərəcədə cılızlaşdırıblar. Gündəmdə qalmaq üçün o buna, bu ona söz atır. Reytinq naminə xırda bir söhbəti şişirdib, efirdə qalmaqala çevirirlər. Sözün var, zəng vur özünə de, el-aləmə car çəkməyin nə mənası var? Belə şeylər aşıq sənətini gözdən salır”.

Ətraflı videonu təqdim edirik:

Cəvahir
Samir Məcidov